Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda uğurla çıxış edib


Digərləri 02 Noy 2017 04:15:39 204 0

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda uğurla çıxış edib

ADGTT “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib

Bakı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Şövqi Hüseynov oktyabrın 25-dən 28-dək Rusiyanın Nijnevartovsk şəhərində keçirilən “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrdan Trend-ə verilən məlumata görə, əməkdar artist festivalda Patrik Züskindin “Kontrabas” monotamaşası ilə səhnəyə çıxıb. Tamaşa və aktyor oyunu festivalın təşkilat komitəsi və iştirakçı kollektivlər tərəfindən böyük maraqla qarşılanıb. ADGTT festivalda “Nadir aktyor oyunu” nominasiyasında diploma layiq görülüb. Qeyd edək ki, festivalda Rusiya, Moldova, İtaliya, Fransa, ABŞ və digər ölkələrin də teatrları iştirak edib.