Ağ Ev: Özbəkistan vətəndaşlarının ABŞ-a gəlişinə dair məhdudiyyətlərin tətbiqi istisna edilmir


Dünya 02 Noy 2017 03:36:17 317 0

Ağ Ev: Özbəkistan vətəndaşlarının ABŞ-a gəlişinə dair məhdudiyyətlərin tətbiqi istisna edilmir

"Sara Sanders: "Biz bunu nəzərdən keçirməliyik"

Ağ Ev Özbəkistanı vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoya bilər.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə brifinqdə jurnalistlərin suallarını cavablandıran Ağ Evin mətbuat katibi Sara Sanders deyib.

"Biz bunu nəzərdən keçirməliyik. Bunu istisna etmirik", - deyə mətbuat katibi bildirib. 

Qeyd edək ki, noyabrın 1-də Nyu-Yorkda sürücünün yük maşınını piyadaların üzərinə sürməsi nəticəsində 8 nəfər ölüb, 12-dən çox insan yaralanıb. Saxlanılan şəxs Florida ştatında yaşayan Özbəkistan vətəndaşı Sayfullo Saipovdur. 

Hakimiyyət dairələri onun qəsdən bu əmələ əl atdığını hesab edirlər və bunu terror aktı adlandırırlar.