Hindistanda İES-də baş verən partlayışda ölənlərin sayı 20 nəfərə çatıb - YENİLƏNİB


Dünya 02 Noy 2017 02:52:00 312 0

Hindistanda İES-də baş verən partlayışda ölənlərin sayı 20 nəfərə çatıb - YENİLƏNİB

Hadisə qurbanlarının sayı arta bilər

Hindistanın Uttar-Pradeş ştatında fəaliyyət göstərən İstilik Elektrik Stansiyasında (İES) baş verən partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Economic Times" qəzeti ştatın polisinə istinadən xəbər verib.

Polis rəisinin müavini Anand Kumar 20 nəfərin həlak olduğunu təsdiqləyib. Bildirib ki, 22 nəfər ağır yanıq xəsarətləri ilə Lakxnauya göndərilib. 

Onun sözlərinə görə, daha 15 nəfər Ray-Barelidə xəstəxanaya göndərilib.

***20:20

Hindistanın Uttar-Pradeş ştatında İstilik Elektrik Stansiyasında (İES) baş verən partlayış nəticəsində 8 nəfər ölüb, 150 nəfər xəsarət alıb.

“Report” “Hindustan Times”ə istinadən xəbər verir ki, bunu ştatın polis rəisinin müavini Anand Kumar bildirib.

Onun sözlərinə görə, hadisə qurbanlarının sayı arta bilər.