Günün qoroskopu: bu günün problemləri ilə çarpışmaq sizə çətin olacaq


Digərləri 02 Noy 2017 00:01:00 223 0

Günün qoroskopu: bu günün problemləri ilə çarpışmaq sizə çətin olacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - möhtəşəm gün sayılmaz, amma cari məsələlərin həlli, şəxsi həyatın qaydaya salınması üçün münasibdir. Başqalarının da işinə əncam çəkə bilərsiniz: ətrafınızdakılara böyük yardım etmək, həmçinin onlara xoş təsir bağışlamaq imkanınız var. Risk etmək, oyun oynamaq, ekstremal idman növləri ilə məşğul olmaq məsləhət deyil. Əgər sükan arxasındasınızsa, günün ikinci yarısı çox ehtiyatlı olun. Əl işləri, mətbəxdə eksperimentlər - ümumiyyətlə, "qadın" işləri, mənəvi rahatlıq tapmanıza yardımçı olacaq.

Buğa - çox xoş gündür. Ürəyiniz yatan işlə məşğul olun: uğur qazanacaqsınız. Kommersiya fəaliyyətində, üstəlik sizinçün tamamilə yeni olan bir sahədə bəxtiniz gətirə bilər. Sizin istedadlarınız və şəxsi keyfiyyətlərinizlə qürur duyanların sayı artır. Yeni bir eşq macərasının başlanması mümkündür. Bu gün yaranan məsələlərin üstündə çox baş sındırmayacaqsınız. İntuisiyanız çox güclüdür və düzgün cavabları sizə vaxtında deyir. Uşaqlarla ünsiyyət faydalı olacaq.

Əkizlər - bu gün sizin üçün çətin və yorucu olacaq. İşləriniz çoxdur, birini atıb, o birini görməli olursunuz. Diqqətinizi cəmləmək çətindir. Ancaq siz mənfi tendensiyaların təzyiqinə müqavimət göstərirsiniz. Afərin! Günün sonunadək işləriniz düzələcək. Alış-verişə çıxa bilərsiniz, amma yalnız sizə gərəkli əşyaları alın. Şoppinqdən əhvalınızı qaldırmaq vasitəsi kimi istifadə etməyin. Təmaslarınızı məhdudlaşdırın, kim xoşunuza gəlirsə, yalnız onunla ünsiyyət saxlayın.

Xərçəng - həftə gözəl bir günlə başlayır. Şəxsi həyatınızı qura, işdə əla nəticələrə nail ola, dünyagörüşünüzü genişləndirə və özünüz üçün yeni imkanlar yarada bilərsiniz. Biznesə pul qoya bilərsiniz, bu, sizdə çox yaxşı alınır.   Gün işgüzar görüşlər üçün əladır. Siz ən qaraqabaq, şıltaq və niyyətləri bəlli olmayan biriylə də razılaşma əldə edə bilərsiniz. Çoxdankı problemlərinizi həll edir, mübahisələrə son qoyan güzəştli variantlar tapırsınız.

Şir - müsbət tendensiyaların güclü təsiri nəticəsində gün hərtərəfli uğurlu və qeyri-adi olacaq. Maraqlı ideyalarınız var, üstəlik sizə kömək edəcək insanları da tez tapırsınız. Müştərək və təşkilati işlərin həlli üçün münasib gündür. Rəhbər Şirlər yeni, əla işçilər tapacaqlar.

Müsbət emosiyalar çoxluq təşkil edəcək, əhvalınız əla olacaq, bir dəqiqə də olsun, mənəvi rahatlığınızı itirməyəcəksiniz. Bu gün çox cazibədarsınız, bu səbəbdən yeni tanışlarınızın sayı artacaq.

Qız - ciddi problemləriniz olmasa da, bu gün xoşunuza gəlməyəcək. Mübahisə və fikir ayrılıqları həddən artıq çoxdur. Bəzən kimin haqlı, kimin haqsız olduğuna qərar verməkdə çətinlik çəkəcəksiniz. Baş verənlərə çox sərt reaksiya verirsiniz. Hətta olanları götür-qoy etmək üçün özünüzə vaxt da vermirsiniz. Bir qədər tempi azaltsanız, işləri düzəldə bilərsiniz. Dostlarınız və qohumlarınızla münaqişələr mümkündür. Öz mövqeyinizi, nöqteyi-nəzərinizi elə qızğın müdafiə edirsiniz ki, həmsöhbətlərinizin nə dediyini eşitmirsiniz. Amma hələlik hər şeyi zarafata çevirmək şansınız var.