Əfqanıstanda yanacaq tankeri partladılıb: 15 ölü, 27 yaralı


Dünya 01 Noy 2017 23:40:11 296 0

Əfqanıstanda yanacaq tankeri partladılıb: 15 ölü, 27 yaralı

Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib

Əfqanıstanda yanacaq tankerində törədilmiş partlayış zamanı 15 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə Çarikar şəhərində baş verib. Partlayış zamanı daha 27 nəfər xəsarət alıb.

Təhlükəsizlik xidməti əməkdaşının sözlərinə görə, bomba iki tankerdə partladılıb. Partlayış nəticəsində içində sərnişinlərin olduğu avtobus yanıb. Onlardan çoxu diri-diri yanıb.

Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.