Hər orta yaşlı qadından ikincisi stressli inkontinensiyadan əziyyət çəkir


Digərləri 01 Noy 2017 23:46:00 294 0

Hər orta yaşlı qadından ikincisi stressli inkontinensiyadan əziyyət çəkir

Hər orta yaşlı qadından ikincisi stressli inkontinensiyadan əziyyət çəkir. Xəstəlik öskürək, gülmə və ya hansısa bir sərt hərəkət zamanı sidiyi saxlaya bilməməklə müşayiət olunur. Hazırda bu xəstəliyə tez-tez rast gəlinir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının cərrahı, mama-ginekoloqu Nigar Allahverdiyeva bu barədə universitetin mətbuat xidmətinə məlumat verib.

- Problemin yaranma səbəbləri nələrdir?

- Bunu sosial problem olaraq da qiymətləndirmək olar. Belə ki, xəstəlik gündəlik həyatda çox çətinliklər yaradır. Lakin bu, əsasən anatomik, anadangəlmə uretranın (sidik kanalının) uzunluğundan irəli gələ və ya funksional çatışmazlıq səbəbindən də yarana bilər.

Xəstəliyin yaranmasının ən əsas səbəbləri travmatik doğuşlar, alınan ağır zədələrdir. Bu səbəbdən xəstəliyə əsasən ağır işdə çalışan xanımlarda daha çox rast gəlinir. Travmatik faktordan başqa ağır çəki, klimakterik dövr və hormonal çatışmazlıq da xəstəliyin yaranma səbəblərindəndir.

- Xəstəliyin diaqnozu hansı üsulla təsdiqlənir? Bu halın müvəqqəti, orqanizmdə baş verən hansısa proseslə bağlı və ya müalicəsiz keçib gedəcəyi mümkündürmü?