Həm pullarından oldular, həm də evlərindən VİDEO


Kriminal 01 Noy 2017 23:18:00 350 0

Həm pullarından oldular, həm də evlərindən  VİDEO

Ev almaq istəyən şəxs həm pulundan oldu, həm də evindən... Vətəndaş hələ də borc ödəyir.

Son.az bildirir ki, Qaradağ rayonu, Ümid qəsəbəsinin sakini Balaxanım Atakişiyeva adlı qadın qəsəbə sakini Ülkər Cavadovaya məcburi köçkünlər üçün nəzərdə tutulan binadan mənzil verəcəyi barədə söz verib. Şikayətçinin sözlərinə görə, Balaxanım Atakişiyeva mənzil üçün ondan 12 min manat nağd pul alıb və söz verdiyi kimi yaşayış üçün mənzil də verib, amma başqasının mənzilini yaşamaq üçün verərək 1 il yarım onu bu üsulla aldadıb.

Balaxanım Atakişiyevə fırıldağının daha inandırıcı olması üçün zərərçəkmişlərə evin kupçasını da verib. Lakin deyib ki, mənzilin pulunu tam ödədikdən sonra adlarına keçirəcək. Aylıq ödənilən krediti isə ağ kağızda öz imzası ilə hər aldıqca təsdiqləyirmiş.Başqasının adına olan evdə yaşayaraq adi ağ kağızı sənəd kimi qəbul edən Ülkər Cavadova 10 min manatdan çox pulundan olub.

Zərərçəkənlərin sözlərinə görə, adı çəkilən qadının fırıldaqları yalnız bunula bitmir. Eyni ərazidə yaşayan başqa insanları da fərqli üsullarla aldadıb.