Sakit okeanda qədim şəhər aşkarlandı VİDEO FOTO


Digərləri 01 Noy 2017 23:07:00 325 0

Sakit okeanda qədim şəhər aşkarlandı  VİDEO  FOTO

Alimlər Sakit okeanın ortasında qədim şəhəri aşkar ediblər.

Son.az xəbər verir ki, Mikroneziyanın sahilində yerləşən qeyri-adi və sirli yer haqqında "Independent" məlumat yayıb.

Nan-Madol adı verilən şəhər Ponpei adasındadır. Şəhər su kanalları ilə bölünən həndəsi düzgün kvadratlardan ibarətdir. Mütəxəssislərin fikrincə, şəhər bizim eramızın birinci və ya ikinci yüzilliyində salınıb.

Nan-Madol bazalt monolitlərdən və mərcan bloklarından tikilib. Orada məbədlərin, yaşayış evlərinin, sarayların və məqbərələrin xarabalıqlarları var. Əsas tapmaca budur ki, niyə şəhər ən yaxın sivilizasiyadan bu dərəcədə uzaqda yerləşir.


Xəbərə aid fotolar