11 yaşlı uşağın başına dəmir parçası düşüb vəziyyəti ağırdır VİDEO


Digərləri 01 Noy 2017 22:17:41 240 0

11 yaşlı uşağın başına dəmir parçası düşüb  vəziyyəti ağırdır  VİDEO

Sumqayıt şəhəri betonzavod ərazisi, gecəqondu məhəlləsində yaşayan 11 yaşlı Nurlan Adilovun başına dəmir parçası düşüb. Son.az bildirir ki, o, dərhal valideynlərinin köməyi ilə xəstəxanaya çatdırılıb. Travmatologiya şöbəsində qeydiyyata alınan yaralı, ardınca Sumqayıt şəhər uşaq xəstəxanasına köçürülüb. İlkin müayinə olunub və uşağın ağır kəllə beyin travması aldığı bildirilib. Vəziyyəti ağır olan Nurlan Adilov təyinatı üzrə Bakı şəhərinə göndərilib. Yaralının yaxınları bildiriblər ki, Nurlan Adilov həyətdə oynayarkən qonşunun təmir üçün bayıra qoyduğu dəmir parçası onun başına düşüb. Hazırda fakt araşdırırılır. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin: