Vladimir Putin: RusiyaAzərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır


Siyasət 01 Noy 2017 20:57:00 306 0

Vladimir Putin: RusiyaAzərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu noyabrın 1-də Tehranda Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Prezident İlham Əliyevi salamlayan Vladimir Putun bildirib: "Hörmətli İlham Heydər oğlu. Sizi görməyimə çox şadam - bu dəfə Tehranda. Biz müntəzəm görüşürük və telefonla danışırıq, daimi əlaqədəyik. Bu, təbiidir, çünki bizim ölkələrimiz arasındakı münasibətlər xüsusi xarakter daşıyır. Sözsüz ki, bu, strateji tərəfdaşlıq xarakteridir.

Biz Sizinlə Azərbaycan ilə Rusiyanın nə qədər tellərlə bağlı olduğunu bilirik. Qeyd etməliyəm ki, ikitərəfli əlaqələrin inkişafı üzrə, ümumiyyətlə, səylərimiz hədər getmir. Mən bu ilin ilk doqquz ayında əmtəə dövriyyəsinin artımını nəzərdə tuturam. Bu, demək olar ki, 62 faizdir.

Biz digər istiqamətlərdə də işləyirik, regional problematika üzrə daim məsləhətləşirik. Sizinlə ikitərəfli formatda görüşmək imkanına görə çox şadam".

Son.az