Bayramda içib sərxoş olan, küçədə yatanlar FOTO


Digərləri 01 Noy 2017 20:48:00 396 0

Bayramda içib sərxoş olan, küçədə yatanlar  FOTO

Britaniyada Hellouin bayramı həmişə olduğu kimi, coşqu ilə, geniş miqyasda qeyd olunub. Lakin bayram günü qorxulu obrazlar alan və əylənənlərin çoxu sərxoş idi. Onlar ayılandan sonra özlərini heç yaxşı hiss etməyəcəklər.

Son.az Daily Mail-ə istinadən bildirir ki, soyuq havaya rəğmən, Britaniyanın bütün şəhərlərində, xüsusilə də Londonda, Portsmutda, Prestonda, Bristolda və Edinburqda on minlərlə insan müxtəlif maskalarda, qrimlərdə, geyimlərdə Hellouini qeyd ediblər.

Portsmutda 5 mindən artıq tələbə "Guildhall Walk"da səhər saat 5-dək davam etmiş "Hallowe'en Block Party"ə qatılıblar.

Britaniya polisi və təcili yardım şeyətləri səhərədək küçələri dolaşaraq içib sərxoş olanlara yardım göstərməyə, onları sakitləşdirməyə çalışıblar.