Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb


Siyasət 01 Noy 2017 19:53:00 246 0

Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb

Görüşdə üç ölkə arasında əlaqələrin hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə olunur

Tehranda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında üçtərəfli görüş başlayıb.

“Report” İRNA-ya istinadən xəbər verir ki, görüşdə üç ölkə arasında əlaqələrin hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə olunur.

Dövlət başçıları enreji sahəsində əməkdaşlıq, aktual regional məsələlər, terrorizm və ektremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparırlar.