Vətənpərvərlik ruhunda ən yaxşı yazı yazan şagirdlərə bahalı mükafatlar veriləcək


Digərləri 01 Noy 2017 19:44:00 383 0

Vətənpərvərlik ruhunda ən yaxşı yazı yazan şagirdlərə bahalı mükafatlar veriləcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti "Çağırır vətən" adlı yazı müsabiqəsi elan edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Son.az-a verilən məlumata görə, Xidmət vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında "Çağırır vətən" adlı yazı müsabiqəsi elan edir.

Müsabiqənin şərtləri:

1. Müsabiqəyə hər şagird yalnız bir yazı təqdim edə bilər.

2. Müsabiqəyə 2017-ci ilin noyabr ayının 1-dən 2017-ci ilin noyabr ayının 25-dək olan müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına təqdim olunmuş yazılar buraxılacaq.

3. Yazılar 5 min işarədən çox olmamalıdır. 

4. Təqdim olunan bütün yazılarda vətənpərvərlik ruhu yaradılmalı, gənc nəslin dövlətçilik ənənələrinə ehtiramı, qüdrətli ordu quruculuğu yolunda bilik və bacarıqlarını səfərbər edəcəyi əksini tapmalıdır.

5. Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədi ilə Xidmətin nəşrlərində istifadə edilə bilər.

6. Müsabiqə üçün yazılar 2017-ci ilin noyabr ayının 25-dək elektron formada [email protected] ünvanına göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, atasının adı, yaşadığı yer, oxuduğu ümumtəhsil məktəbi və sinfi) və əlaqə nömrələrini göstərməsi zəruridir.