Azərbaycan dövlət müəssisələrinə ayrılan subsidiyaları optimallaşdıracaq


İqtisadiyyat 01 Noy 2017 18:31:59 268 0

Azərbaycan dövlət müəssisələrinə ayrılan subsidiyaları optimallaşdıracaq

Dövlət sifarişi ilə təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği büdcədə ayrı sətirdə nəzərdə tutulacaq

Azərbaycanda kommersiya prinsipi əsasında fəaliyyət göstərən dövlət müəssisələrinə ayrılan subsidiyaların həmin müəssəsələrin gəlirlərinin genişləndirilməsi imkanları nəzərə alınmaqla optimallaşdırılması tövsiyyə edilir.

“Report” bu barədə Hesablama Palatasının yeni büdcə zərfinin təhlili əsasında hazırladığı tövsiyələrə istinadən xəbər verir.

Bundan başqa, Palata dövlət sifarişi əsasında təhsil alanların təhsil xərclərinin bir kredit üçün təhsil haqqına əsasən hesablanmasını, həmçinin büdcə təsnifatının prinsipləri və proqnozlaşdırmanın şəffaflığı baxımından büdcə layihələrində dövlət sifarişi ilə təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin ayrı sətirdə nəzərdə tutulmasını məsləhət bilir.