Azərbaycanda aparılan iqtisadi islahatlar beynəlxalq reytinqlərdə özünü göstərir


Digərləri 01 Noy 2017 16:50:00 218 0

Azərbaycanda aparılan iqtisadi islahatlar beynəlxalq reytinqlərdə özünü göstərir

Azərbaycanda aparılan iqtisadi islahatlar beynəlxalq reytinqlərdə də özünü göstərir.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Dünya Bankının "Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar" hesabatını şərh edərkən deyib.

Deputat bildirib ki, bu cür nüfuzlu qurumların hesabatları xarici investisiyaların cəlb edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Onun fikrincə, belə hesabatlar və reytinq siyahıları hazırlanarkən bir çox iqtisadi təhlillər əsas götürülür və investorların seçimində mühüm əhəmiyyət kəsb edir:

"Xüsusi ilə də hesabatda minoritar investorların müdafiəsi sahəsində aparılan islahatlar və ölkənin bu aspekt üzrə 10-cu yerdə qərarlaşması investorların diqqətini cəlb edəcək detallardır. Digər tərəfdən ən mühüm parametrlərdən biri də biznesə başlamaq üçün 4,5 günün tələb olunması bir çox inkişaf edən ölkə üçün də örnək hesab edilə bilər. Azərbaycanın reytinq siyahısında 8 pillə birdən irəliləməsi dövlət başçısının rəhbərliyi ilə aparılan yeni iqtisadi siyasətin özünü doğrultduğunu göstərir. Hesab edirəm ki, bu islahatların hələ ilkin mərhələdəki nəticələridir".