Həbsxana həyatı onlara ibrət dərsi olmadı...


Digərləri 01 Noy 2017 16:56:00 269 0

Həbsxana həyatı onlara ibrət dərsi olmadı...

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki evlərdən birindən 600 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Kərimov tutulub.

DİN-dən Son.az-a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun "KamAZ" markalı avtomobildən akkumulyator və 1 mənzildən məişət əşyaları oğurladığı da müəyyən edilib. 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.  Xaçmazda isə yerli sakin 27.10.2017-ci il tarixdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək, Xudat şəhəri Şollar kəndində ona məxsus mənzildən oğurluq edildiyini bildirib. Şikayətçi ərizəsində qeyd edib ki, ona məlum olmayan tarixdə fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlığı sındırılaraq yataq otağında olan seyfin icərisindən ümumi dəyəri 30.000 (otuz min) manat olan qızıl-zinət əşyaları oğrulanıb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Son.az-a verilən məlumata görə, dərhal keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni həmkəndlisi olan Qafarzadə Seymur tərəfindən torədildiyi məlum olub. Polis əməkdaşları tərəfindən tutularaq Rayon Polis Şöbəsinə gətirilən S.Qafarzadə hadisəni törətdiyini etiraf edib, oğurlanan qızıl-zinət əşyalar maddi sübut kimi ondan götürülüb. Tutulan S.Qafarzadə əvvəllər də iki dəfə narkotik vasitələrin qanunsuz əldəetmə və saxlama maddəsi ilə məhkum olunub. Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, S.Qafarzadənin başqa cinayətlərdə iştirakı olub olmaması araşdırılır. 


Xəbərə aid foto