Ukraynanın məşhur klubu saytının rus dilli versiyasından imtina etdi


İdman 01 Noy 2017 16:22:00 283 0

Ukraynanın məşhur klubu saytının rus dilli versiyasından imtina etdi

Rusiya və Ukrayna arasındakı siyasi gərginliyin təzahürləri idman sahəsində də hiss olunur. Goal.az xəbər verir ki, Kiyev "Dinamo"su rəsmi saytının rus dilli versiyasını ləğv etmək qərarına gəlib. Saytda ingilis və Ukrayna dili saxlanılıb.

Aleksandr Xatskeviçin rəhbərlik etdiyi komanda 13 oyundan sonra çempionatın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. "Dinamo" artıq 5 oyundur qələbə üzünə həsrətdir. Bu, komandanın yeni tarixdə antirekordu hesab oluna bilər. Kiyev klubu sinuncu dəfə 1982-ci ildə bu statistikanı göstərmişdi.