Ferrari 2,2 milyon avroluq model göstərdi FOTO


Digərləri 01 Noy 2017 15:54:00 372 0

Ferrari 2,2 milyon avroluq model göstərdi  FOTO

İtaliyanın Ferrari avtomobil konserni FXX K Evoluzione adlı ekstremal hiperkar hazırlayıb.

Son.az Autobild-ə  istinadən bildirir ki, avtomobil 1050 at gücündə, 900 Nm fırlanma momentli, 12 silindrli, 6,3 litr həcmində mühərriklə təchiz olunub.

Toskanadakı Mucello trasında keçirilən Finali Mondiali çərçivəsində təqdim olunmuş modeldə robotlaşdırılmış və elektrik mühərrikli sürətpaylama qutusu var.

Mühərrik rekuperativ KERS sistemi ilə işləyir. Unikal aerodinamik asqı modelin yola sıxılma qüvvəsini 50 faiz artırır. Təkərlərdə isə sürətlənmə, temperatur və təzyiq ölçən qurğular var.

Sadəcə, yarış trekləri üçün nəzərdə tutulmuş sportkar Ferrari-nin mühəndisləri ilə Ferrari Style mərkəzinin dizaynerlərinin birgə əsəridir.


Xəbərə aid fotolar