Azərbaycanlı aparıcı azyaşlı uşağa "canlı" deyə müraciət etdi


Digərləri 01 Noy 2017 15:58:00 283 0

Azərbaycanlı aparıcı azyaşlı uşağa "canlı" deyə müraciət etdi

"Lider" telekanalında yayımlanan "Status" verilişinin mövzusu "Dayələr" olub.

Son.az xəbər veirr ki, Murad Arifin aparıcılığını etdiyi verilişə zəng edərək bağlanan tanınmış jurnalist Lalə Əlimuxtarova mövzuyla bağlı fikir bildirmək istədiyini deyib.

Lalə "Dayə tutmuşam da, artıq o mərhələni keçmişəm də. Bir dəfə dayə tapmışam və o dayə övladıma 2 yaş 6 ayına qədər dayəlik edib" deyib.

Aparıcı Murad həmkarına etiraz edib: "Ürəyiniz necə dözdü yad adamla 2 yaşına çatmamış, danışa bilməyən bir canlını baş-başa buraxıb evdən çıxmağa? Mən ata kimi bunu sizdən soruşuram".