"ABŞ qırıcıları Rusiya təyyarələrini uzaqlaşdırıb" CNN


Dünya 01 Noy 2017 15:20:00 293 0

"ABŞ qırıcıları Rusiya təyyarələrini uzaqlaşdırıb"  CNN

Birləşmiş Ştatların Yapon dənizindəki "Ronald Reagan" təyyarə gəmisinə yaxınlaşan Rusiya təyyarələri ABŞ qırıcıları tərəfindən uzaqlaşdırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə CNN-ə ABŞ rəsmiləri danışıblar:

"Bazar günü Rusiyaya məxsus TU-95 tipli 2 bombardmançı təyyarə "Ronald Reagan" təyyarə gəmisinə yaxınlaşıb. Lakin gəmidən havaya qaldırılan F/A-18 qırıcıları Rusiya təyyarələrini uzaqlaşdırıb".

Rəsmilər Rusiya təyyarələrinin problem yaratmadan ərazidən getdiyini və təhlükəli vəziyyət olmadığını bildirib.