Əkizlər ana bətnində özlərini xilas etdilər


Dünya 01 Noy 2017 14:53:00 456 0

Əkizlər ana bətnində özlərini xilas etdilər

Britaniyada çəkilən ultrasəs görüntüsü həkimləri təəccübləndirib

Britaniyada çəkilən ultrasəs görüntüsü həkimləri təəccübləndirib.

Son.az mirror-a istinadla bildirir ki, görüntülərdə ana bətnində olan əkizlərin qucaqlaşması əks olunub.

Onlar qucaqlaşaraq bir-birlərinin həyatını xilas ediblər. Belə ki, 10 həftlik ultrasəs müayinəsi zamanı həkimlər uşaqların ikisinin də öləcəyini söyləyiblər. Onlar bildiriblər ki, körpələrə kordon dolaşıb və nəfəs ala bilmirlər. Lakin 2 həftə sonra çəkilən görüntülər həm həkimləri sevindirib, həm də valideynləri. Çünki bu ultrasəs görüntüsü zamanı müəyyən olunub ki, körpələr qucaqlaşaraq dolaşıq kordonu açıblar və həyatlarını xilas ediblər.


Xəbərə aid fotolar