Bank of Baku İpoteka kreditini 150.000 AZNdək artırdı!


Digərləri 01 Noy 2017 14:15:00 581 0

Bank of Baku İpoteka kreditini 150.000 AZNdək artırdı!

Bank of Baku, ev arzusunda olan şəxslər üçün İpoteka krediti üzrə şərtlərini daha da yüngülləşdirdi. İpoteka krediti üzrə maksimal məbləği 150.000 AZN-dək artıran Bank, minimal 20% İLKİN ÖDƏNİŞ etməklə müştərilərini ev sahibi etmək niyyətindədir.

Bank of Baku-nun təklif etdiyi İpoteka kreditləri üzrə maksimal ÖDƏNİŞ MÜDDƏTİ 25 İL, İLLİK FAİZ DƏRƏCƏSİ isə sadəcə 8% təşkil edir. 

Azərbaycan İpoteka Fondu tərəfindən ayrılan vəsait hesabına verilən İpoteka kreditinin rəsmiləşdirilməsi üçün aşağıdakı ilkin sənədlər tələb olunur:

- Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;

- Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;

- Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;

- İş yerini və gəlirlərini təsdiq edən sənədlər.