Ermənistanda məhbuslar qiyam qaldırdılar


Dünya 01 Noy 2017 13:56:00 301 0

Ermənistanda məhbuslar qiyam qaldırdılar

Ermənistan Ədliyyə Nazirliyinin Gorus islah-əmək müəssisəsində məhbuslar yataq dəstlərini yandırıb, kameraların qapılarını sındırıblar.

Son.az report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 31-də gecə saatlarında olub. Ermənistan İstintaq Komitəsi və İslah-Əmək Müəssisəsinin əməkdaşlarının keçirdiyi yoxlama zamanı məhbuslar və məhkumlar arasında münaqişə yaranıb.

Onlar kameraların qapılarını sındırıb, bir-birilərini təhqir etməyə başlayıblar. Məhbusların bəziləri yanan yataq ləvazimatlarını və məişət əşyalarını kameranın pəncərəsindən bayıra atıblar. Məhbuslar və məhkumlar arasında xəsarət alan və ölən olmayıb.