“Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib


Kriminal 01 Noy 2017 12:45:00 316 0

“Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Şövqi Hüseynov oktyabrın 25-dən 28-dək Rusiyanın Nijnevartovsk şəhərində keçirilən "Şimal görüşləri" V Beynəlxalq Teatr Festivalında iştirak edib.

Mİlli.Az xəbər verir ki, əməkdar artist festivalda Patrik Züskindin "Kontrabas" monotamaşası ilə səhnəyə çıxıb. Tamaşa və aktyor oyunu  festivalın təşkilat komitəsi və iştirakçı kollektivlər  tərəfindən böyük maraqla qarşılanıb. ADGTT festivalda  "Nadir aktyor oyunu" nominasiyasında diploma layiq görülüb.  

Qeyd edək ki, festivalda Rusiya, Moldova, İtaliya, Fransa, ABŞ  və digər ölkələrin də teatrları iştirak edib.