Murat Bozun şikayət ərizəsinə baxılmadı


Digərləri 01 Noy 2017 12:36:00 350 0

Murat Bozun şikayət ərizəsinə baxılmadı

Türk müğənni Murat Bozun Gümüşlükdəki villasında tətili zamanı səsinin lentə alınması ilə bağlı məhkəməyə yazdığı şikayət ərizəsinə baxılmayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, məhkəmə iddianın araşdırılmasının dayandırılmasına qərar verib. Məhkəmədən verilən cavabda "Məşhurlar müəyyən ölçüdə haqlarında yayılan dedi-qodulara dözmək məcburiyyətindədirlər" deyilib.

Qeyd edək ki, Murat villada sevgilisi Aslı Enver, anası və qardaşı ilə dincələrkən müəyyən şəxslər tərəfindən səsinin lentə alındığını və bunun şəxsi həyata müdaxilə olduğunu iddia edərək məhkəməyə baş vurmuşdu.