Sənət adamları "Qarabağ" haqda "Xarüqələr yaratdınız"


Şou-biznes 01 Noy 2017 12:23:00 293 0

Sənət adamları "Qarabağ" haqda  "Xarüqələr yaratdınız"

"Qarabağ" Çempionlar Liqasında səfərdə "Atletiko" ilə 1-1 oynayıb və İspaniyadan 1 xalla geri qayıdıb. Son.az axşam.az-a istindən xəbər verir ki, komandanın uğuruna müğənnilər də biganə qalmayıblar. Məşhurlar sosial şəbəkə profillərində paylaşım edərək, "Qarabağ"ı təbrik ediblər.

Əməkdar artist Tünzalə Ağayeva: "Gözəl, əzimkar bir oyun göstərdiz. Sizə təşəkkür edirəm. Fəxr edirəm ki, Avropanın ən güclü klubuyla dünya səviyyəsində bir oyun göstərdiz. Sizinlə qürur duyuram. Azərbaycan sizinlə fəxr edir". 

Əməkdar artist Tünzalə Əliyeva: "Qürurverici bir an, təbriklər "Qarabağ".

Əməkdar artist Vasif Məhərrəmli: "Bu insan xarüqələr yaratdı. Axşami oyuna görə bütün futbolçularımıza təşəkkür edirəm. Bu həyəcanı və sevinci bizə yaşatdığı üçün Qurban Qurbanova minnətdaram".

Müğənni Roza Zərgərli: "Qarabağ"... Bu uğura görə bütün komandaya təşəkkürlər". Müğənni Elton Hüseynəliyev: "Azərbaycan futbolunun daha bir uğuru, "Qarabağ" 1- 1 "Atletiko". Həm də böyük uğur! "Qarabağ"ın bütün futbolçularını, azarkeşlərini və özümü təbrik edirəm".