Aliment ödənişi üzrə borclu kimi 5 ildir axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunacaq


Sosial 01 Noy 2017 11:26:00 325 0

Aliment ödənişi üzrə borclu kimi 5 ildir axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunacaq

O, Rusiya ərazisində qeyri-qanuni yaşayıb

Rusiyanın Ryazan vilayətində aliment ödənişi üzrə borclu kimi 2012-ci ildən axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. 

RBu barədə son.az "report"-a istinadən xəbər verir.

Sənədlərin yoxlanışı zamanı kişinin Rusiya Federasiyasının ərazisində qeyri-qanuni yaşadığı müəyyən edilib. Miqrasiya qanunvericiliyini pozan şəxs polis şöbəsinə aparılıb.

Sonrakı araşdırma nəticəsində polis əcnəbi vətəndaşın Azərbaycanın hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə 2012-ci ildən aliment borclusu kimi federal axtarış siyahısında olduğunu aşkar edib.

Adı açıqlanmayan bu şəxs Azərbaycan tərəfinə ekstradisiya olunacaq.