İnternetdə tanış olduğu 8 qadını doğradı,


Kriminal 01 Noy 2017 11:10:00 401 0

İnternetdə tanış olduğu 8 qadını doğradı,

Qatilin evindən 240 insan sümüyü tapılıb

27 yaşlı kişi sosial şəbəkədə tanış olduğu 9 nəfəri doğrayaraq öldürüb.

Son.az mirror-a istinadla xəbər verir ki, dəhşətli cinayət Yaponiyanın paytaxtı Tokioda baş verib.

27 yaşlı Takahiro Şiraişi adlı şəxs Twitter-də əlaqə yaratdığı 9 nəfəri doğrayıb. O, parçalanmış cəsədləri soyuducularda saxladığını etiraf edib.

Onun 9 qurbanından 8-i qadın olub. Takahiro onları hamamda mişarla doğrayıb və tutulmaqdan qorxduğu üçün cəsəd parçalarını və sümükləri evində saxlayıb. .

Onun silsilə cinayətinin üstü 23 yaşlı qadının yoxa çıxmasından sonra açılıb. Belə ki, yoxa çıxan qadının qardaşı onun sosial şəbəkə hesablarını araşdırıb. O, cinayətkarla bacısının mesajlarını tapıb. Mesajları görən oğlan dəhşətə gəlib. O, polisə xəbər verib. Qısa müddət sonra cinayətkar tutulub. Polislər onun yaşadığı evə girəndə şoka düşüblər.

Takahiro Shiraishi məhkəmədə cinayətlərini etiraf edib. O, ifadəsində bildirib ki, intihar etmək istəyən, həyatından bezən şəxslərə yardım edib. Takahiro bəzi qurbanlarından bunun müqabilində pul alıb, bəziləri ilə isə cinsi əlaqədə olub.


Xəbərə aid fotolar