Xorvatiya avroya keçməyə hazırlaşır


İqtisadiyyat 01 Noy 2017 10:52:50 267 0

Xorvatiya avroya keçməyə hazırlaşır

Avroya keçməklə ölkədə məzənnə riski aradan qalxacaq

2020-ci ildə Avropa İttifaqında (Aİ) sədrliyə başlayacaq Xorvatiya həmin vaxt avro pul vahidinə keçməyi planlaşdırır. 

Son.az "report"-a istinadən xəbər verir ki, bu açıqlama ilə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç verib.

Baş nazir bildirib ki, 2020-ci ildə Aİ sədrliyini rotasiya qaydasında qəbul etməsi gözlənilən Xorvatiya avroya keçməklə qlobal miqyasda siyasi və iqtisadi inam qazanacaq.

"Xorvatiyada avroya keçid strategiyası" adlı konfransda çıxış edən A.Plenkoviç deyib ki, Aİ-nin ən gənc ölkəsi olan Xorvatiyanın əsas məqsədi Şengen və avro bölgəsinə girməkdir. Baş nazir konfransda avroya keçməklə daha çox turist və investor cəlb edəcəklərini, onların məzənnə riski ilə üzləşməyəcəklərini vurğulayıb.