Bu məhbuslar da həbsdən qaçıb


Dünya 01 Noy 2017 10:06:00 259 0

Bu məhbuslar da həbsdən qaçıb

Ötən həftənin ən diqqətçəkən hadisəsi Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan zaman qaçan məhbuslar oldu.

Son.az metbuat.az-a istinadən sizə dünyanın müxtəlif ölkələrində bu hadisəyə bənzər film kimi həbsxana qaçışlarını təqdim edir:

Con Cillincer - Taxtadan yonulmuş və ayaqqabı boyası ilə qara rəngə boyanmış saxta tapança ilə həbsdən qaçıb.

1934-cü ilin 3 martında Conni çoxlu sayda polis və milli qvardiya hərbçiləri tərəfindən qorunan Kroun Poynt həbsxanasından qaçmağı bacarır. Hadisənin səhəri yerli qəzetlərdə məhkumun taxta silahın köməkliyi ilə qaçması xəbəri yayılır. O, taxtadan hazırlanmış silah ilə nəzarətçini təhdid edərək qapının açılmasına müvəffəq olur. Daha sonra isə bütün nəzarətçiləri kameraya yığaraq qapını bağlayır və sakitcə həbsxananı tərk edir.

Culian Şotard - Onu həbsxanaya gətirən furqonun aşağı hissəsində gizlənərək türmədən qaçır.

2009-cu ildə fransız Culian Şotard qeyri-adi üsulla həbsxanadan qaçmağı bacarır. Furqondan düşən məhkumlar sıra ilə içəri keçməklərini gözləyirlər. Cəld davranan Culian isə furqonun ən aşağı hissəsinə gələrək, düşdüyü furqonla da geri qayıdır. O, bu hadisədən bir müddət sonra polisə gələrək özü könüllü təslim olur.