Azərbaycan Moda Həftəsi baş tutacaq


Digərləri 01 Noy 2017 09:59:15 286 1

Azərbaycan Moda Həftəsi baş tutacaq

7-10 noyabr tarixlərində "Azerbaijan Fashion Week" Azərbaycanda moda sənayesinin inkişafına biganə qalmayanlar üçün qapılarını açır.

Bu dəfə də, Azərbaycan Moda Həftəsinin rəsmi meydançası və tərəfdaşı müasir Bakının təkrarolunmaz rəmzi, Fairmont Baku, Flame Towers olacaq.

Moda həftəsinin qonaqları və dizaynerləri, həmçinin Azərbaycan Moda Həftəsinin rəsmi avtomobil tərəfdaşı olan AUDİ avtomobilinin əsl alman rahatlığı və qüsursuz dizaynı ilə də tanış ola bilərlər. Məqsədimiz - həm yerli, həm xarici dizaynerlərin birləşməsi və yaradıcılıqlarını nümayiş etdirmək üçün platformanın yaradılmasıdır.

Tədbirlərimizdə dizaynerlərdən əlavə, moda ekspertləri və KİV nümayəndələri də iştirak edir.

Üç gün ərzində fəslin ən yaxşı kolleksiyaları və yeni cəsarətli dizayn ideyaları ilə tanış olmaq imkanına nail olacaqsınız.