Bakıda ARI SANCMASINDAN ölüm hadisəsi baş verib


Digərləri 01 Noy 2017 08:46:00 336 0

Bakıda ARI SANCMASINDAN ölüm hadisəsi baş verib

Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub

Bakıda arı sancmasından ölüm hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü İmanlı Cavid Telman oğlunu arı sancıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub. Lakin həkimlərin səylərinə baxmayaraq, C.İmanlı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.