Xərçəng xəstəliyi "intihar" edəcək


Digərləri 01 Noy 2017 07:21:00 279 0

Xərçəng xəstəliyi "intihar" edəcək

ABŞ-ın Nortvestern Universitetinin professor heyəti xərçəng xəstəliyini yaradan hüceyrələrin özü-özünü məhv edən avtomüdafiə sistemi kəşf edib.

Son.az xəbər verir ki, heyətin rəhbəri Markus Pitr insan genlərinin iş fəaliyyətini öyrənmək üçün başlatdığı sınaqlarda xüsusi bir RNT (ribo nuklein turşusu) kəşf edib.

O, bəzi genetik hüceyrələrdən əldə etdiyi RNT-lərin böyük qisminin sadəcə içində olduqları hüceyrəni deyil, eyni zamanda xərçəngli hüceyrələri də yox etmək potensialına sahib olduğunu müşahidə edib.

RNT molekullarının iş fəaliyyətinin təyin edilməsi elm adamlarına 8 ilə başa gəlib. Sınaqlar öz müsbət nəticəsini göstərib və RNT-lərin xərçəng xəstəliyi yaradan hüceyrələri "intihara sürükləyən" mexanizmi aşkar edilib. Bu mexanizm sayəsində xərçəng hüceyrələri özünü müdafiə etmək imkanlarından məhrum olur.