Zabrat dairəsində yola çıxan piyadanı maşın vurub


Sosial 01 Noy 2017 06:11:05 312 0

Zabrat dairəsində yola çıxan piyadanı maşın vurub

Yaralının vəziyyəti orta-ağırdır

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Zabrat dairəsi kimi tanınan ərazidə qeydə alınıb.

Abbasov Vüqar İsa oğlu avtomobil yolu ilə hərəkət edərkən dairəyə daxil olan maşın onu vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.