Həzrət Muhəmməd Peyğəmbərin (s) oğlu niyə qalmayıb?


Digərləri 31 Okt 2017 21:15:00 276 0

Həzrət Muhəmməd Peyğəmbərin (s) oğlu niyə qalmayıb?

Qurani-Kərimdə buyurulur: "Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur.

Son.az islam.az-a istinadən bildirir ki, Allah hər şeyi biləndir!" (Əhzab, 40). Peyğəmbərin üç oğlu doğulsa da, onların hər biri elə körpə yaşında ikən dünyasını dəyişmişdi. Ayənin davamındakı işarədən görünür ki, bunun səbəbi aşağıdakı ola bilər: Mümkündür ki, əgər Peyğəmbərin oğlu böyüyüb boya-başa çatsaydı, insanlar o həzrətin vəfatından sonra oğlunu peyğəmbər sayardılar. Çünki keçmiş ümmətlərdə də bəzi peyğəmbərlərdən sonra oğullarının peyğəmbərlik etdiyi məlumdur. Məsələn, Həzrət İbrahimdən (ə) sonra oğlu İshaq (ə), ondan sonra oğlu Yəqub (ə), daha sonra oğlu Yusif (ə), eləcə də Həzrət Davuddan (ə) sonra oğlu Süleyman (ə), Həzrət Zəkəriyyadan (ə) sonra oğlu Yəhya (ə) peyğəmbər olmuşdu. Əlbəttə, onların peyğəmbərliyi öz istəkləri ilə deyil, Allahın seçimi ilə olmuşdur. Amma camaatın İslam dini haqqında bilikləri zəif olduğundan Peyğəmbərimizin (ə) vəfatından sonra onun oğlunun peyğəmbər olduğunu düşünə bilərdilər. Bəlkə də buna görə Allah-Taala Həzrət Muhəmməd Peyğəmbəri (s) oğulsuz qoymuşdu.