Kirayə bağ evlərinə tələbat azalıb qiymətlər


Digərləri 31 Okt 2017 21:08:00 293 0

Kirayə bağ evlərinə tələbat azalıb  qiymətlər

Yay mövsümünün başa çatması ilə kirayə bağ evlərinə tələbat dəfələrlə azalıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hazırda bağ evlərini sırf dincəlmək üçün yox, digər məqsədlər üçün kirayə götürürlər. Ekspertlərin dediyinə görə tələbatın azalması qiymətlərə də təsir göstərib. Hazırki qiymətlər yaydakından iki dəfə ucuzdur. Bir məsələni qeyd edmək lazmdır ki, bağ evləri aylıq deyil, mövsümlük kirayəyə verilir. Qiymətlər daha çox dənizə yaxınlıqdan asılıdır. Şəhərin müxtəlif ərazilərində yerləşən bağ evlərinin qiymətləri arasında nə indi, nə də mövsüm ərzində ciddi fərq olur. Çünki insanlar bağ evlərini şəhərdən kənarda dincəlmək üçün kirayələyirlər. Ona görə də qiymət məsələsində mərkəzə yaxınlıq rol oynamır. Bağ evlərinin kirayə qiyməti digər mənzillərdən fərqli olaraq mövsümdən- mövsümə daha çox dəyişir. Çünki adi mənzillərə tələbat hər zaman var və müracətlər kəskin olaraq aşağı düşmür. Ekspertin sözlərinə görə, bağ evlərinə müraciət yaz aylarından etibarən başlayacaq.Yeni mövsümdə qiymətlərin necə olacağını isə indidən proqnozlaşdırmaq çətindir.


Xəbərə aid video