Rusiya, Azərbaycan və İran terrorizmlə mübarizəni müzakirə edəcəklər


Siyasət 31 Okt 2017 20:48:00 307 0

Rusiya, Azərbaycan və İran terrorizmlə mübarizəni müzakirə edəcəklər

Rusiya, Azərbaycan və İran noyabrın 1-də Tehranda keçiriləcək zirvə toplantısında terrorizm və ekstremizm, narkotik maddə ticarəti və transmilli cinayətkarlığa qarşı mübarizədə birgə səylərin koordinasiyasını müzakirə edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatına deyilir:

"Aktual beynəlxalq və regional məsələlər üzrə fikir mübadiləsi zamanı terrorizmə, ekstremizmə, narkotiklərin qanunsuz dövriyyəsinə və transmilli cinayətkarlığa qarşı mübarizədə birgə səylərin koordinasiyasına xüsusi diqqət yetiriləcək"

Rusiya Prezident Administrasiyasından bildirilir ki, tərəflər "dünya karbohidrogen bazarlarında birgə siyasət aparmağa can atırlar: Rusiya və İranın üzv və Azərbaycanın isə müşahidəçi olduğu Qaz İxracatçı Ölkələr Forumu çərçivəsində aktiv əməkdaşlıq dəstəklənir".

Rəsmi Kreml qeyd edir ki, tərəflər həmçinin mədəni və humanitar əməkdaşlığın inkişafı, turizm və gənclər mübadiləsinin genişləndirilməsi, idman sahəsində əlaqələrin dərinləşdirilməsi, üç ölkənin regionları arasında birbaşa əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparacaqlar:

"Zirvə toplantısının yekunu olaraq liderlərin üç ölkə arasında gələcək əməkdaşlığın əsas istiqamətlərini əks etdirəcək birgə bəyanatı nəzərdə tutulub".

Son.az