"Onu o vəziyyətdə görməyə ürəyim gəlmirdi" Roza Tağıyeva


Digərləri 31 Okt 2017 20:32:00 366 0

"Onu o vəziyyətdə görməyə ürəyim gəlmirdi"  Roza Tağıyeva

"Rafiq Hüseynovun yoxluğu bizim hamımız üçün ağır itkidir. Onun Azərbaycan televiziyasının inkişafındakı əməyi və zəhməti misilsizdir".   Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında xalq artisti, məşhur diktor Roza Tağıyeva deyib.   O bildirib ki, Rafiq Hüseynov çox gözəl iş yoldaşı, çox gözəl insan olub: 

"Düzdür, bir az ciddi idi. Qayda-qanun pozuntusu olanda gözünə heç nə görünmürdü. AzTV-də uzun müddət baş diktor olub. Dostdan, yoldaşdan asılı olmayaraq, güzəştə getməzdi, cəzasını verərdi. Gənclərə qarşı münasibəti çox yaxşı idi. Ülkərin, Nərgizin, Aynurun yetişməsində onun böyük əməyi var. Axır vaxtlar da gənc diktorlarla işləyirdi. Rafiq çox savadlı, bilikli adam idi. Rus və Azərbaycan dillərində çox gözəl danışırdı. Kino işçisi ilə kino, tarixçi ilə tarix haqqında danışa bilirdi".   R.Tağıyeva Rafiq Hüseynovla son görüşündən də danışıb: "