Yaponiyada mənzildən 9 insanın bədən hissələri aşkar edilib


Dünya 31 Okt 2017 19:58:20 253 0

Yaponiyada mənzildən 9 insanın bədən hissələri aşkar edilib

Tapılmış bədən hissələri 8 qadına və 1 kişiyə məxsusdur

Yaponiyanın Dzama şəhərinin sakini Taxirimo Şiraişinin mənzilində 9 insanın bədən hissələri aşkar edilib.

"Report"un verdiyi xəbərə görə, bu barədə NHK telekanalı xəbər verib.

Belə ki, 23 yaşlı qızın itkin düşməsi səbəbindən araşdırma aparan polis 27 yaşlı gəncin evinə baxış keçirib. Axtarış zamanı insan bədəninin müxtəlif hissələrinin yığıldığı bir neçə soyuducu aşkar edilib. İlkin məlumata görə, tapılmış bədən hissələri 8 qadına və 1 kişiyə məxsusdur. Ev sahibi Taxirimo Şiraiş faktla bağlı həbs edilib.

Telekanalın verdiyi məlumatda şübhəli bilinən şəxsin həmin insanları öldürdüyü təsdiq edilib. Qonşuların sözlərinə görə, T.Şiraişi binaya köçəndən sonra onun mənzilindən qəribə qoxunun gəldiyini hiss ediblər.