London klubları Qulaçi ilə maraqlanır


İdman 31 Okt 2017 17:52:00 341 0

London klubları Qulaçi ilə maraqlanır

"RB Leipzig"in qapıçısı Peter Qulaçi yenidən Premyer liqaya qayıda bilər. Goal.az xəbər verir ki, onunla "Chelsea" və "arsenal" maraqlanır. Qulaçinin transfer hüquqları 2008-13-cü illərdə "Liverpool"a məxsus olsa da, macar qolkiper bu klubda 1 oyun belə keçirməyib. O, İngiltərədə icarə əsasında "Hereford United", "Tranmere Rovers" və "Hull City"nin şərəfini qoruyub. 27 yaşlı qapıçı 2015-ci ildən "Leipzig"in formasını geyinir.

"Topçular" Petr Çexə əvəzləyici axtarır. "Chelsea" isə Tibo Kurtua ilə yeni müqavilə imzalamaqda çətinlik çəkir. Belçikalı qapıçının "Real"a getməsi istisna edilmir.