İspaniya Konstitusiya Məhkəməsi Kataloniya parlamentinin müstəqillik qərarını ləğv etdi


Dünya 31 Okt 2017 17:16:00 322 0

İspaniya Konstitusiya Məhkəməsi Kataloniya parlamentinin müstəqillik qərarını ləğv etdi

İspaniya Konstitusiya Məhkəməsi Kataloniya parlamentinin müstəqilliklə bağlı qərarını ləğv edib.

Son.az APA-ya istinadən xəbər verir ki, məhkəmə qərarının açıqlandığı dəqiqələrdə Brüsseldə olan Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon dialoq başlayarsa, müstəqillik qərarını təxirə sala biləcəklərini bəyan edib. O, Brüsselə getməsinin səbəblərini də açıqlayıb: "Mən bura legitim rəhbər kimi gəlmişəm. Kataloniya problemini Avropanın qəlbində anlatmaq istədim. İspaniya məhkəməsinin cinayətləri deyil, fikirləri mühakimə etdiyini göstərmək üçün gəldim".   Qeyd edək ki, oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. 135 deputatdan 70-i qətnamənin lehinə səs verib. Bir saatdan sonra isə İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub.