Prezident İlham Əliyev: "Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın"


Siyasət 31 Okt 2017 15:51:00 144 0

Prezident İlham Əliyev: "Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın"

"Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: "Həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə biz bir daha gördük ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Dünyada bir-birinə yaxın olan, bir-birinə dəstək verən ikinci belə ölkələr yoxdur. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir. Təbii ki, müzakirə olunan məsələlərlə bağlı bizim aramızda fikir birliyi var, bütün məsələlər öz həllini tapır, müzakirə olunan məsələlər həyatda öz əksini tapır. Təbii ki, biz bu gün siyasi əlaqələrimizin gələcək inkişafını müzakirə etdik".

İlham Əliyev bildirib ki, Azərbaycan və Türkiyənin siyasi əlaqələri uğurla inkişaf edir: "Yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir. Mən bu il iki dəfə Türkiyədə olmuşam, bu gün isə Türkiyə Prezidenti Azərbaycanda səfərdədir. Nazirlər, digər vəzifəli şəxslər tez-tez görüşürlər. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də hər zaman olduğu kimi bir-birimizi dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda Türkiyə-Azərbaycan həmişə bir-birinin yanındadır".

Prezident deyib ki, bu gün region üçün ən ağrılı problemlərdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olundu:

"Mən Prezident Ərdoğana danışıqlarla bağlı son vəziyyət haqıqnda məlumat verdim. Əfsuslar olsun ki, bu münaqişə hələ də öz həllini tapmayıb. Azərbaycanın tarixi, əzəli torpağı olan Dağlıq Qarabağ və digər 7 rayon işğal altındadır və işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpağından köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar, xüsusilə BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, bu qətnamələr kağızda qalır, Ermənistan buna məhəl qoymur və münaqişə öz həllini tapmır. Bu bizə qarşı göstərilən ikili standartlar siyasətidir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr, qərarlar icra olunmamış qalır".

Dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: "Bunun başqa yolu yoxdur. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməz ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Mən bir daha Prezident Ərdoğana Türkiyənin bu məsələ ilə bağlı Azərbaycana verdiyi dəstəyə görə öz minnətdarlığımı bildirmişəm. Türkiyə bütün zamanlarda, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işini dost kimi, qardaş kimi dəstəkləyir".

Moldova Konstitusiya Məhkəməsi dövlət dilini rumın dilinə dəyişməyə icazə verib like
  • 31 Okt 15:48  
Dünya Moldova Konstitusiya Məhkəməsi dövlət dilini rumın dilinə dəyişməyə icazə verib

Moldovanın prezidenti İqor Dodon rumın dilinin statusu ilə bağlı referendu

arrow Ətraflı
Deputatdan tövsiyə: "Ciddi nəzarət olunmalıdır" like
  • 31 Okt 15:48  
Digərləri Deputatdan tövsiyə: "Ciddi nəzarət olunmalıdır"

"Hüquq-mühafizə orqanlarından rüşvət üstündə, qanunsuz fəaliyyə

arrow Ətraflı
Türkiyənin “Kanal A” televiziyası yayımını dayandırıb like
  • 31 Okt 15:44  
Dünya Türkiyənin “Kanal A” televiziyası yayımını dayandırıb

TV: “FETO-çular başqa olmaqla bir çoxlarının təzyiq və təqiblərini ə

arrow Ətraflı
Məhkəmə çəkişmələrində nümayəndəlik institutu ləğv edilir like
  • 31 Okt 15:42  
Digərləri Məhkəmə çəkişmələrində nümayəndəlik institutu ləğv edilir

Azərbaycanda məhkəmə çəkişmələrində nümayəndəlik institutu ləğv e

arrow Ətraflı
Bank of Baku-dan Bolkartın 6 yaşında 6 yeni kampaniya like
  • 31 Okt 15:40  
Digərləri Bank of Baku-dan Bolkartın 6 yaşında 6 yeni kampaniya

Bank of Baku "6 YAŞDA, 6 yeni KAMPANİYA" şüarı altında sürpriz və hədi

arrow Ətraflı
Məhbusların qaçmasına yardım edən taksi sürücüsü həbs olundu like
  • 31 Okt 15:38  
Digərləri Məhbusların qaçmasına yardım edən taksi sürücüsü həbs olundu

Məhbusların qaçmasına görə daha bir nəfər həbs edilib.

arrow Ətraflı
10 yaşayış məntəqəsində yeni su və kanalizasiya şəbəkələri yaradılacaq  FOTO like
  • 31 Okt 15:34  
Digərləri 10 yaşayış məntəqəsində yeni su və kanalizasiya şəbəkələri yaradılacaq FOTO

10 yaşayış məntəqəsində - Bakı şəhəri Binəqədi rayonunun Binəqədi

arrow Ətraflı
"Mən edərəm, o etməz" deyirdim - fotoları ərimin sevgilisi göndərdi like
  • 31 Okt 15:32  
İdman "Mən edərəm, o etməz" deyirdim - fotoları ərimin sevgilisi göndərdi

Demet Şener 12 il evli olduğu və xəyanət səbəbindən ayrıldığ

arrow Ətraflı
Məhkəmə çəkişmələrində nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılır like
  • 31 Okt 15:29  
Digərləri Məhkəmə çəkişmələrində nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılır

Azərbaycanda məhkəmə çəkişmələrində nümayəndəlik institutunun fəal

arrow Ətraflı
Elektron imza sertifikatının onlayn sifarişi sadələşdirilib like
  • 31 Okt 15:23  
Digərləri Elektron imza sertifikatının onlayn sifarişi sadələşdirilib

Milli Sertifikat Xidmətləri Mərkəzi Elektron-imzanı əldə etmək üçün o

arrow Ətraflı
Ramos: "Pike ilə münasibətimiz əvvəlkinə nisbətən daha yaxşıdır" like
  • 31 Okt 15:22  
İdman Ramos: "Pike ilə münasibətimiz əvvəlkinə nisbətən daha yaxşıdır"

"Real Madrid" və İspaniya millisinin kapitanı Serxio Ramos həmkarı Pike il

arrow Ətraflı