Türkiyənin “Kanal A” televiziyası yayımını dayandırıb
Dünya 31 Okt 2017 15:44:00 293 0
TV: “FETO-çular başqa olmaqla bir çoxlarının təzyiq və təqiblərini əzmlə dəf etdik”
Türkiyənin “Kanal A” televiziya kanalı yayımını bir müddətlik dayandırıb.
“Report” Haberturk-ə istinadən xəbər verir ki, bu haqda TV-nin rəhbərliyi açıqlama yayıb.
“1996-cı ildən bu günədək inandığımız dəyərlər çərçivəsində obyektiv xəbərçilik etməyə və təhlillər verməyə çalışdıq. FETO-çular başqa olmaqla bir çoxlarının təzyiq və təqiblərini əzmlə dəf etdik.
Çətin və hərəkətli hadisələr zamanı vətənimiz, millətimiz və mənəviyyatımız üçün sürəkli olaraq, ortaq dəyərləri gündəliyə çıxardıq. “Ruzini verən Allahdır” düşüncəsi ilə fəaliyyət göstərdik...
Beləliklə, “Kanal A” yayımına bir sıra səbəblərdən ara verir. “Radio A”və www.kanalahaber.com fəaliyyətini davam etdirəcək”, - deyə telekanalın açıqlamasında vurğulanıb.
Mənbə: report.az