Məhkəmə çəkişmələrində nümayəndəlik institutu ləğv edilir


Digərləri 31 Okt 2017 15:42:00 242 0

Məhkəmə çəkişmələrində nümayəndəlik institutu ləğv edilir

Azərbaycanda məhkəmə çəkişmələrində nümayəndəlik institutu ləğv edilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etməyə icazə verilir.

Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Layihəyə əsasən, kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində