10 yaşayış məntəqəsində yeni su və kanalizasiya şəbəkələri yaradılacaq FOTO


Digərləri 31 Okt 2017 15:34:00 281 0

10 yaşayış məntəqəsində yeni su və kanalizasiya şəbəkələri yaradılacaq  FOTO

10 yaşayış məntəqəsində - Bakı şəhəri Binəqədi rayonunun Binəqədi və 28 May, Xəzər rayonunun Mərdəkan, Şağan, Şüvəlan və Binə qəsəbələrində, eləcə də Abşeron rayonunun Mehdiabad, Novxanı qəsəbələri, Pirəkəşkül və Qobustan kəndlərində yeni içməli su və kanalizasiya şəbəkələri yaradılacaq.

Bu barədə Son.az-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən (ASC) məlumat verilib.

Bildirilir ki, hazırda 7 kənd və qəsəbədə tikinti-quraşdırma işləri davam etdirilir, digər 3 qəsəbədə isə inşaat işlərinə yaxın vaxtlarda başlanılacaq.

Ümumilikdə, 10 yaşayış məntəqəsində 70 km içməli su, 11 km kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulub. Qısa müddət ərzində kənd və qəsəbələrdə 26 km içməli su, 2 km kanalizasiya xətləri inşa edilib. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.


Xəbərə aid fotolar