Ramos: "Pike ilə münasibətimiz əvvəlkinə nisbətən daha yaxşıdır"


İdman 31 Okt 2017 15:22:00 297 0

Ramos: "Pike ilə münasibətimiz əvvəlkinə nisbətən daha yaxşıdır"

"Real Madrid" və İspaniya millisinin kapitanı Serxio Ramos həmkarı Pike ilə münasibətindən danışıb. Goal.az xəbər verir ki, təcrübəli futbolçu qarşılıqlı anlaşmanın əvvəlkinə nisbətən artdığını vurğulayıb.

"Siyasət milli komandanın həyatına təsir edir. Atmosfer, ab-havadan həzz almaq xoşuma gəlir. Komandanın kapitanı kimi həmişə qeyd edirəm ki, hər addımımıza ciddi fikir verməliyik. Başqalarının fikirlərinə baxmayaraq, Pikenin millidəki davranışı hər zaman nümunəvi olub. Jerarla münasibətimiz əvvəlkinə nisbətən daha yaxşıdır. Əvvəl münasibətimiz yox idi. Bir-birinə hörmət edirdik. Çünki birlikdə dünyanın ən yaxşı mərkəz müdafiəsini quracağımızı bilirdik. Yetkinləşəndə əvvəllər böyük önəm verdiyin bəzi şeylər geridə qalır. Bu amil onunla yola getməyimizə imkan verdi".