KİV: Şimali Koreyada nüvə poliqonunda tunel uçub, 200 nəfər ölüb, 100 fəhlə dağıntılar altında qalıb


Dünya 31 Okt 2017 14:43:46 290 0

KİV: Şimali Koreyada nüvə poliqonunda tunel uçub, 200 nəfər ölüb, 100 fəhlə dağıntılar altında qalıb

Hadisə Şimali Koreyanın şimal hisssində yerləşən məşhur Punqeri nüvə sınağı poliqonunda baş verib

Şimali Koreyada nüvə poliqonunda tunelin uçması nəticəsində azı 200 nəfər ölüb, 100 fəhlə dağıntılar altında qalıb.

“Report” “Meror.com.uk”a istinadən xəbər verir ki, hadisə Şimali Koreyanın şimal hisssində yerləşən məşhur Punqeri nüvə sınağı poliqonunda baş verib.

Məlumata görə, tunel oktyabrın 10-da uçsa da, bununla bağlı xəbər oktyabrın 31-də yayılıb.