Ermənistanın Gürcüstana yeni səfiri təyin edilib


Dünya 31 Okt 2017 14:28:24 329 0

Ermənistanın Gürcüstana yeni səfiri təyin edilib

Yuri Vardanyan Ermənistanın Gürcüstandakı səfiri vəzifəsindən azad edilib

Ruben Sadoyan Ermənistanın Gürcüstana yeni səfiri təyin edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Serj Sarqsyan fərman imzalayıb.

S.Sarqsyanın digər bir fərmanı ilə Yuri Vardanyan Ermənistanın Gürcüstandakı səfiri vəzifəsindən azad olunub.

Qeyd edək ki, bir müddət əvvəl bu vəzifəyə Ermənistanın Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan təyin edilmişdi. Ancaq rəsmi Tbilisi onun rusiyayönlü olduğunu və Gürcüstana qarşı çıxışlar etdiyini əsas gətirərək aqreman verməyib.

R.Sadoyan isə Ermənistan Respublikaçılar Partiyasının üzvü, keçmiş deputatdır və 1968-ci ildə Ermənistanda anadan olub.