Ranyeri "Leicester"ə qayıtmaqdan imtina edib


İdman 31 Okt 2017 14:30:00 333 0

Ranyeri "Leicester"ə qayıtmaqdan imtina edib

"Leicester City" Kreyq Şekspirlə yollarını ayırandan sonra yenidən tarixinin ən uğurlu məqşçisinə təklif göndərib. Goal.az xəbər verir ki, "tülkülər" Klaudio Ranyeri ilə əlaqə saxlasa da, rədd cavabı alıb. İtalyan mütəxəsis hazırda "Nantes"i çalışdırır. "Corriere dello Sport" iddia edir ki, Ranyeri "Leicester"in təklifinə bir sözlə - "Sağolun, lazım deyil" - cavab verib.

Qeyd edək ki, martda Şekspir məhz Ranyerini əvəzləmişdi. "Leicester City"nin yeni baş məşqçisi isə Klod Pyuelldir.