Britaniyanın müdafiə naziri tərbiyəsizlik etdi


Digərləri 31 Okt 2017 14:12:26 535 0

Britaniyanın müdafiə naziri tərbiyəsizlik etdi

Britaniyanın müdafiə naziri Maykl Fellon jurnalist Culiya Hartli-Brüerlə davranışına görə üzr istəyib.

Son.az theguardian-a istinadən bildirir ki, hələ Britaniya parlamentinin üzvü olanda, 2002-ci ildə o, jurnalist qadına sataşıb.

M.Fellon Britaniya parlamentində təcavüz cəhdləri və tərbiyəsiz davranışla bağlı başlanan qalmaqalda adı açıqlanan ilk nazirdir.

Belə davranış nümayiş etdirmiş siyasətçilər arasında 2 nazir var. Siyahıda habelə, Britaniya Mühafizəkarlar Partiyasından olan 37 deputat da yer alıb.

Fellonla Hartli-Brüerin dost olduqları deyilir.

"Maykl hələ 15 il əvvəl həddini aşdığını etiraf etmiş, Culiyadan üzr istəmişdi", - müdafiə nazirinin dostlarından biri deyib.

Britaniya siyasətçilərinin "biabırçılıq və tərbiyəsizlik siyahı"sını parlamentin adi əməkdaşlarının hazırladıqları vurğulanır. Deputatların adları hələlik açıqlanmır.


Xəbərə aid fotolar